NAXÇIVAN :

21 Aprel 2026, Çərşənbə axşamı

Sahibə Qafarova Omanda səfərdədir

...

Milli Məclisin sədri Sahibə Qafarova bu gün Oman Sultanlığına rəsmi səfərə gəlib.

"Şərq qapısı" xəbər verir ki, bu barədə parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Məsqət Beynəlxalq Hava Limanında Milli Məclisin sədrinin başçılıq etdiyi parlament nümayəndə heyətini Oman Sultanlığı Şura Məclisinin Azərbaycanla parlament dostluq qrupunun üzvü Məhəmməd bin Salim Əs-Süleymani, Şura Məclisinin üzvləri, Azərbaycanın Omandakı səfiri Rəşad İsmayılov və digər rəsmi şəxslər qarşılayıblar.

Səfər çərçivəsində Sahibə Qafarovanın ölkə rəsmiləri ilə bir sıra görüşləri nəzərdə tutulub.

Nəşr edilib : 28.01.2026 16:05