NAXÇIVAN :

21 Aprel 2026, Çərşənbə axşamı

Şahin Mustafayev: Araz üzərindəki körpü ən qısa marşrutla Şərqi Zəngəzurla Naxçıvanı birləşdirəcək

...

"Araz çayı üzərində Ağbənd və Kəlalə məntəqələrini birləşdirən avtomobil körpüsünün tikintisi artıq başa çatıb və sərhəd-gömrük infrastrukturunun inşası tamamlandıqdan sonra körpünün istismara verilməsi nəzərdə tutulur".

"Şərq qapısı" xəbər verir ki, bunu Baş nazirin müavini Şahin Mustafayev Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının 17-ci iclasında çıxışı zamanı bildirib.

"Sözügedən layihə Şərqi Zəngəzur iqtisadi rayonunu Naxçıvanla ən qısa və səmərəli marşrutla birləşdirəcək, eyni zamanda Fars körfəzi ilə Qara dənizi əlaqələndirən əlverişli avtomobil marşrutunun mühüm tərkib hissəsini təşkil edəcək", - deyə Şahin Mustafayev qeyd edib.

Nəşr edilib : 23.02.2026 21:14