NAXÇIVAN :

21 Aprel 2026, Çərşənbə axşamı

Salyanda saxlanılan şəxsdən odlu silah və narkotik vasitə aşkarlanıb

...

Salyan polisinin həyata keçirdiyi əməliyyat zamanı narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 63 yaşlı Taleh Şükürov saxlanılıb.
"Şərq qapısı" xəbər verir ki, həmin şəxsdən narkotik vasitə olan heroin və metamfetamin, bir ədəd “Kalaşnikov” avtomatı aşkarlanıb. Faktla bağlı Salyan Rayon Polis Şöbəsində cinayət işi başlanıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Nəşr edilib : 07.03.2026 12:37