NAXÇIVAN :

22 Aprel 2026, Çərşənbə

Səfir: Azərbaycan və İsrail arasındakı dostluq və qardaşlıq münasibətləri daim möhkəm olacaq

...

Azərbaycan və İsrail xalqları arasında qurulmuş dostluq və qardaşlıq münasibətləri daim möhkəm olacaq.
"Şərq qapısı" xəbər verir ki, bunu İsrailin Azərbaycandakı səfiri Ronen Kraus "X" sosial media hesabında Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə Azərbaycan dilində yayımladığı video-təbrikində bildirib.
"Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Sizə daim birlik, rifah və əmin-amanlıq arzulayıram. Azərbaycan və İsrail xalqları arasında qurulmuş dostluq və qardaşlıq münasibətləri daim möhkəm olacaq", - səfir əlavə edib.

Nəşr edilib : 31.12.2025 09:35