Rəcəb Tayyib Ərdoğan: AK Parti – Türkiyənin uğurla...
23:55 14.08.2026
0
0
0
Məktəbin həyətində Türk dünyasının qardaş ölkələrini tanıdan çadırlarda həmin dövlətlərə məxsus yeməklərlə, milli geyimlərlə və bayraqlarla çox gözəl bayram ab-havası yaradılıb. Bu mənalı tədbirin təşkilində əməyi olan müəllimlərimizi və məktəbin rəhbərliyini təbrik edirəm.
"Şərq qapısı" xəbər verir ki, bunu Bakının Xəzər rayonunun Şüvəlan qəsəbəsində yerləşən 156 nömrəli tam orta məktəbdə keçirilən “Türk dünyasına səyahət” adlı tədbirdə Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün deyib.
“Türk Dövlətləri Təşkilatı çərçivəsində eyni kökdən olan dövlətləri və xalqları bir araya gətirən güclü bir ailəmiz var. Bu birlik və qardaşlıq ruhunun yaşadılması, məktəblərdə təbliğ edilməsi və yeni nəslə aşılanması böyük əhəmiyyət daşıyır. Uşaqlarımızın kiçik yaşlarından etibarən qardaşlıq, həmrəylik və ortaq türk ailəsinə mənsubiyyət hissi ilə böyüməsi gələcəyimiz üçün son dərəcə vacibdir”,- deyə səfir qeyd edib.
Digər xəbərlər