NAXÇIVAN :

22 Aprel 2026, Çərşənbə

Səfirlik: ABŞ və Azərbaycan prezidentləri Vaşinqton razılaşmalarına sadiqliklərini bir daha təsdiqləyiblər

...

Prezident Donald Tramp və Prezident İlham Əliyev yanvarın 22-də Davosda ABŞ–Azərbaycan münasibətləri və regional sülh məsələlərini müzakirə etmək üçün görüşüblər.

"Şərq qapısı" xəbər verir ki, bu barədə ABŞ səfirliyinin məlumatında bildilib.

Qeyd edilib ki, tərəflər avqustun 8-də keçirilmiş Sammitdə əldə olunan razılaşmalara sadiqliklərini bir daha təsdiqləyərək ikitərəfli əlaqələrin möhkəmləndirilməsi və əməkdaşlığın artırılmasının vacibliyini vurğulayıblar.

"Liderlər, həmçinin Cənubi Qafqazda sülh və sabitliyin təmin olunması istiqamətində əldə edilən irəliləyişləri, eləcə də TRIPP təşəbbüsü sayəsində regional əlaqəliliyin, əməkdaşlığın və ticarətin əhəmiyyətini qeyd ediblər", - məlumatda vurğulanıb.

Nəşr edilib : 23.01.2026 14:12