NAXÇIVAN :

21 Aprel 2026, Çərşənbə axşamı

Səlahiyyətli nümayəndə "Araz-Naxçıvan"ı tarixi qələbə münasibətilə təbrik edib

...

"Şərq qapısı" xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli "Araz-Naxçıvan"ı UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununda Yunanıstan təmsilçisi "Aris" üzərindəki tarixi qələbə münasibətilə sosial şəbəkə hesablarında təbrik edib.
Təbrikdə deyilir:
"UEFA Konfrans Liqasının ilk oyununda “Aris” üzərində 2:1 hesablı qələbə münasibətilə Araz-Naxçıvan komandasını təbrik edirəm. Göstərilən əzm və peşəkarlıq təqdirəlayiqdir. Növbəti qarşılaşmalarda da uğurlar arzulayıram".

Nəşr edilib : 24.07.2025 22:09