İctimai Şuranın üzvləri Dövlət Proqramının icrası ...
18:34 27.10.2026
0
0
0
ICESCO nümayəndələri ilə birlikdə Qarabağa ilk səfərimizdə biz dağıntıların dəhşətli miqyasının şahidi olduq. İndi isə vəziyyət tamamilə fərqlidir. Həmin bölgələr yenidən qurulub, tikilib və oralara həyat qayıdıb.
"Şərq qapısı" xəbər verir ki, bunu ICESCO-nun Baş direktoru Səlim bin Məhəmməd əl-Malik VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən “Mədəniyyət mərkəzdə: “SECURE” ilə ortaq gələcəyə etibarlı yollar” mövzusunda plenar iclasda deyib.
Qarabağdakı vəziyyətlə bağlı ICESCO-nun iki hesabat hazırladığını qeyd edən Baş direktor vurğulayıb ki, bu, Qarabağa gələn xarici qonaqlara da təqdim edilməli mühüm sənədlərdir.
“Biz bu hesabatı təqdim etməkdən böyük qürur duyuruq. Hesabat, ehtiyac olduğu halda, beynəlxalq məhkəmələrə də təqdim edilə bilər. Çünkü Qarabağda 2020-ci il ilə müqayisədə möcüzəvi dəyişiklik baş verib.
Azərbaycan gördüyü işlərlə, həyata keçirdiyi bərpa və yenidənqurma fəaliyyəti ilə, eləcə də bütün bu irs və mədəniyyət məkanlarının qorunması istiqamətində atılan addımlarla fəxr etməlidir. Çünki bu işlər Azərbaycanın və onun xalqının kimliyini, unikal mədəniyyətini qoruyub saxlayacaq”, - deyə Səlim bin Məhəmməd əl-Malik vurğulayıb.
Digər xəbərlər