Nazir: Subsidiya mexanizmində əsas diqqət məhsulda...
12:43 08.09.2026
0
0
0
Dəmir yolu infrastrukturuna daha çox diqqət yetirməliyik, eyni zamanda, sərhəd keçidlərinin inteqrasiyası zəruridir.
"Şərq qapısı" xəbər verir ki, bunu Türkiyə Dəmir Yolu Nəqliyyatı Assosiasiyasının üzvü, "Medlog Transport Turkey" şirkətinin idarəedici direktoru Sərdar Yaylalı Bakıda keçirilən “Black and Caspian Freight Forum 2026: Corridors, Infrastructure, Investments” adlı 5-ci Beynəlxalq Konfrans və Sərgidə deyib.
Türkiyə və Azərbaycanın böyük coğrafi üstünlüyü oduğunu deyən Sərdar Yaylalı əlavə edib: “Hazırda Çindən Avropaya olan marşruta investisiyalar davam edir. Həmçinin sərhəd və gömrük birliyinin inteqrasiyası üçün ölkələr tərəfindən böyük iş aparılır. Türkiyə Avropa gömrük sisteminə inteqrasiya olunub”.
O deyib ki, Türkiyəyə ən böyük investisiyalardan biri Orta Dəhlizə kömək edəcək "Inrail" layihəsidir.
Digər xəbərlər