Türkiyə ilə Azərbaycan arasında təhsil sahəsində ə...
21:33 19.04.2026
0
0
0
Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən Şərur Rayon İcra Hakimiyyətində Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin və yerli icra nümayəndəliklərinin iştirakı ilə şəhərsalma nəzarəti çərçivəsində qanunsuz tikililərlə mübarizə mövzusunda birgə tədbir keçirilib.
"Şərq qapısı" xəbər verir ki, tədbir zamanı şəhərsalma nəzarətinin əsas norma və qaydaları, eləcə də qanunsuz tikililərin qarşısının alınması istiqamətində görülən və görülməsi nəzərdə tutulan tədbirlər barədə ətraflı məlumat verilib. Komitənin əməkdaşı Zahid Qasımov mövzu ilə bağlı çıxış edərək şəhərsalma qanunvericiliyinin tələblərini diqqətə çatdırıb, bu sahədə institusional əməkdaşlığın əhəmiyyətini vurğulayıb.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, qarşılıqlı fikir mübadiləsi aparılb və gələcək fəaliyyət istiqamətləri müzakirə olunub.
Digər xəbərlər