NAXÇIVAN :

07 Sentyabr 2026, Bazar ertəsi

Şərurda avtomobil yanıb

...

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Şərur rayonunun Aşağı Daşarx kəndində minik avtomobilində yanğın baş verməsi barədə məlumat daxil olub.

"Şərq qapısı" xəbər verir ki, məlumatla əlaqədar dərhal Şərur Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.

Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilən zəruri və təxirəsalınmaz tədbirlər sayəsində avtomobildə baş verən yanğın genişlənərək ətraf əraziyə, o cümlədən yaxınlıqdakı elektrik dirəyinə yayılmasına imkan verilmədən söndürülüb.

Xəsarət alan olmayıb.

Nəşr edilib : 07.09.2026 10:35