NAXÇIVAN :

11 Sentyabr 2026, Cümə

Şərurda yanğın baş verib, 9 baş iribuynuzlu heyvan tələf olub

...

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Şərur rayonunun İbadulla kəndində yardımçı tikilinin üzərinə yığılan ot bağlamalarında yanğın baş verməsi barədə məlumat daxil olub.

"Şərq qapısı" xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə Şərur Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb edilib.

Yanğın Yanğından mühafizə bölmələri tərəfindən söndürülərək daha geniş sahəyə yayılmasının qarşısı alınıb.

Yanğın hadisəsi nəticəsində 1300 ot bağlaması, sahəsi 100 m² və 40 m² olan 2 yardımçı tikilinin (tövlənin) dam örtüyünün yanar konstruksiyaları yanıb, içərisindəki 9 baş iribuynuzlu heyvan tələf olub. 300 ədəd ot bağlaması, ümumi sahəsi 16 m² olan digər 2 yardımçı tikili və sahəsi 325 m² olan fərdi yaşayış evi yanğından mühafizə olunub.

Nəşr edilib : 11.09.2026 09:41