Naxçıvan şəhərinin 1 küçə və 2 məhəlləsinin qaz tə...
23:31 23.07.2026
0
0
0
Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət komitələrinin və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Çempion ailələr” layihəsi çərçivəsində keçirilən “Fibonaççi” intellektual yarışında qalib müəyyənləşib.
Yarışda birinci yerə layiq görülən, Şərur rayonunu təmsil edən Əlizadə ailəsinin üzvü Eldəniz Əlizadə təəssüratlarını "Şərq qapısı" ilə bölüşüb.
O bildirib ki, əldə etdikləri uğur ailələri üçün böyük sevinc və qürur hissi yaradıb. Eldəniz Əlizadənin sözlərinə görə, layihə ailələrin birlik və həmrəyliyinin möhkəmlənməsinə, bilik və bacarıqlarını nümayiş etdirməsinə, eləcə də ailə üzvləri arasında komanda ruhunun güclənməsinə imkan yaradıb.
Qalib ailənin üzvü qeyd edib ki, belə layihələr ailə dəyərlərinin təbliği, sağlam rəqabət mühitinin formalaşdırılması və müxtəlif bölgələrdən olan ailələr arasında ünsiyyətin genişlənməsi baxımından mühüm əhəmiyyət daşıyır. O, layihənin təşkilatçılarına təşəkkürünü bildirərək bu cür təşəbbüslərin davam etdirilməsini arzulayıb.
Zəhra VƏLİYEVA
Digər xəbərlər