NAXÇIVAN :

22 Aprel 2026, Çərşənbə

Seyid Abbas Əraqçi: İran-Azərbaycan əlaqələrini daha da inkişaf etdirmək istəyirik

...

Biz Azərbaycan–İran əlaqələrini daha da inkişaf etdirmək istəyirik, Şimal–Cənub və digər nəqliyyat dəhlizlərini gücləndirməyi planlaşdırırıq. Bundan əlavə, enerji sahəsində mövcud əməkdaşlığımızı davam etdirmək niyyətindəyik.

"Şərq qapısı" xəbər verir ki, bu fikirləri İranın xarici işlər naziri Seyid Abbas Əraqçi Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla keçirilən brifinqdə bildirib.

Nazir Seyid Abbas Əraqçi Prezident İlham Əliyevi Tehranda qarşılamağa hazır olduqlarını söyləyib.

Nəşr edilib : 08.12.2025 14:16