Qalib lider təkcə öz xalqına deyil, bütün regiona ...
17:30 17.09.2026
0
0
0
Sentyabrın 17-də SOCAR-ın prezidenti Rövşən Nəcəf Özbəkistan Respublikasının investisiya, sənaye və ticarət naziri Laziz Kudratov, energetika naziri Şerzod Xocayev ilə görüşüb.
SOCAR-dan bildirilib ki, görüşdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin siyasi iradəsi nəticəsində ölkələrimiz arasında münasibətlərin “Əbədi dostluq” səviyyəsinə yüksəldiyi qeyd olunub. Bu xüsusda, iki ölkə arasında iqtisadi əlaqələrin, o cümlədən enerji sahəsində tərəfdaşlığın dinamik inkişaf etdiyi bildirilib.
Söhbət zamanı Özbəkistanda SOCAR brendi altında yeni yanacaqdoldurma məntəqələrinin tikintisi layihəsi, həmçinin “Üstyurt” investisiya blokları üzrə görülən işlər nəzərdən keçirilib. Bu layihələrin ölkələrimiz arasında enerji sahəsində əməkdaşlığın inkişafına töhfə verəcəyi vurğulanıb.
Görüşdə SOCAR ilə Özbəkistan şirkətləri arasında əlaqələrin genişləndirilməsi, birgə investisiya layihələrinin həyata keçirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Digər xəbərlər