NAXÇIVAN :

22 Aprel 2026, Çərşənbə

Son 10 ildə Azərbaycan və Türkiyə arasında ticarət dövriyyəsinin dəyəri 3 dəfədən çox artıb

...

Son 10 ildə Azərbaycan və Türkiyə arasında ticarət dövriyyəsinin dəyəri 3 dəfədən çox artaraq 2,4 milyard dollardan 8 milyard dollara yüksəlib.

"Şərq qapısı" xəbər verir ki, bu barədə Türkiyənin ticarət naziri Ömər Bolat II Azərbaycan-Türkiyə investisiya forumunda məlumat verib.

O qeyd edib ki, Türkiyə Azərbaycanın ixracında 2-ci, idxalında isə 3-cü yerdədir: "Hədəfimiz qarşılıqlı ticarətin ümumi dövriyyələrimizdə birinci yerə yüksəlməsi olmalıdır. Çünki Azərbaycan bizim həm Müstəqil Dövlətlər Birliyi ölkələrinə, xüsusilə Türk dünyasına çıxışımızda çox önəmli qovşaq nöqtəsində yerləşir".

Nəşr edilib : 23.12.2025 11:49