Dövlət Xidməti mədəni irs üzrə ən yaxşı data innov...
22:18 20.04.2026
0
0
0
NAXÇIVAN :
21 Aprel 2026, Çərşənbə axşamı
“Son 30 ildə ilk dəfə olaraq Naxçıvan şəhərində sutkalıq enerji istehlakı 1 milyon kilovolt-saata çatıb. Ümumilikdə isə muxtar respublika üzrə elektrik enerjisinə olan tələbat 121 meqavata qədər yüksəlib”.
“Şərq qapısı” xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında Naxçıvan Şəhər Elektrik Şəbəkəsinin rəisi Tural Quliyev bildirib. Qeyd edilib ki, son dövrlərdə Naxçıvan Muxtar Respublikasında sosial-iqtisadi inkişaf templərinin artması ilə yanaşı, elektrik enerjisinə olan tələbat da əhəmiyyətli dərəcədə yüksəlib. Yeni yaşayış massivlərinin, iaşə obyektlərinin, xidmət sahələrinin genişlənməsi, əhalinin artımı, müəssisələrin çoxalması, eləcə də suvarma sistemlərinin bərpası bu artımı daha da sürətləndirib.
“Bu vəziyyət fonunda bəzi vətəndaşların elektrik sayğaclarında ötən aylarla müqayisədə daha yüksək enerji sərfiyyatı qeydə alınıb. Bunun əsas səbəbi vətəndaşlara tətbiq olunan aylıq enerji limiti ilə bağlıdır. 29 dekabr 2024-cü il Elektrik enerjisinin ölkədaxili tariflərinin tənzimlənməsi barədə Azərbaycan Respublikası Tarif Şurasının qərarına əsasən aylıq istehlak həcmi 200 kVt-saata qədər olduqda 1 kilovat-saat üçün 8,4 qəpik, 200-300 kVt-saat arası 1 kilovat-saat üçün 10 qəpik, 300 kVt-saatdan yuxarı olduqda isə 1 kilovat-saat üçün 15 qəpik müəyyənləşib.
Havaların isti keçməsi və kondisionerlərin, soyuducuların intensiv istifadəsi də istehlak limitlərinin aşılmasına səbəb olur. Qeyd edək ki, enerji sərfiyyatında artım süni şəkildə yaradılmır, bütün göstəricilər tam şəffaf və müasir sistemlər vasitəsilə qeydə alınır. Eyni zamanda aid qurumlar tərəfindən enerji təchizatı sisteminin dayanıqlığı, alternativ enerji mənbələrinin genişləndirilməsi və qənaətcil yanaşma ilə bağlı mühüm işlər davam etdirilir”.
“Təəsüflər olsun ki, bəzi şəxslər bu vəziyyəti düzgün qiymətləndirmədən, ya da məqsədli şəkildə ictimaiyyətdə yanlış təsəvvür yaratmağa çalışırlar. Halbuki ki, muxtar respublikanın enerji təhlükəsizliyinin tam təmin olunması məqsədiilə Naxçıvan energetikləri tərəfindən 24 saatlıq iş aparılır. Bu bizim işgüzar nüfuzumuza zərbə vurur”, –deyə şəbəkə rəisi bildirib.
Həmçinin Tural Quliyev qeyd edib ki, vətəndaşlar enerji istehlakına diqqətli yanaşmalı, mümkün qədər qənaət etməli və hər ayın əvvəlində limit uyğunsuzluğu müşahidə olunarsa Naxçıvan Şəhər Elektrik Şəbəkəsinə müraciət etməlidirlər.
Digər xəbərlər