Əhliman Əmiraslanov: Türk dünyası mütəxəssislərini...
16:04 04.09.2026
0
0
0
NAXÇIVAN :
04 Sentyabr 2026, Cümə
“Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda nəzərdə tutulan hədəflərin icrası ilə bağlı İnklüziv sosial inkişaf və sosial təminat üzrə İşçi qrupun növbəti iclası keçirilib.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Videokonfrans formatında təşkil olunan iclasda Strategiyanın “İnkişafdan hər bir vətəndaşın bəhrələnməsi” və “Yüksək və ədalətli sosial təminat” (“Dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət” Milli Prioriteti) məqsədləri üzrə 2026-cı ilin birinci yarımili ərzində görülmüş işlərin monitorinq və qiymətləndirməsinə dair hesabat müzakirə edilib.
İşçi qrupunun rəhbəri, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev son illər həyata keçirilən sosial islahatların uğurlarını qeyd edib. O, cari ilin strategiyanın yekun ili olduğunu və müəyyən olunmuş hədəflər üzrə bu il də məqsədyönlü işlərin aparıldığını qeyd edib, bu sahədə qurumlararası koordinasiyanın gücləndirilməsinin önəmini vurğulayıb.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müavini Təranə Salıfova Strategiyanın icrasının ümumi vəziyyəti və monitorinq prosesinin əsas istiqamətləri barədə məlumat verib. O, Strategiyanın icra müddətinin cari il yekunlaşdığını nəzərə alaraq, tədbirlərin icrasının sürətləndirilməsinin vacibliyini diqqətə çatdırıb.
Daha sonra İşçi qrupun sədr müavini, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin İqtisadi təhlil şöbəsinin müdiri Elnur Ələkbərov sözügedən strategiyanın müvafiq məqsədləri üzrə 2026-cı ilin birinci yarısının ilkin monitorinq və qiymətləndirmə nəticələrini təqdim edib.
Təqdimatda əldə olunmuş nəticələr, hədəflərə çatma vəziyyəti, icrası sürətləndirilməli olan istiqamətlər, eləcə də monitorinq zamanı müəyyən edilmiş əsas çağırış və tövsiyələr barədə məlumat verilib.
İclasda əməkhaqqı sisteminin təkmilləşdirilməsi, özəl sektorda məşğulluğun təşviqi, əmək münasibətlərinin leqallaşdırılması, həssas əhali qruplarının əmək bazarına çıxışının genişləndirilməsi, ünvanlı dövlət sosial yardımı və pensiya təminatı sisteminin təkmilləşdirilməsi, həmçinin sosial xidmətlərin və reabilitasiya imkanlarının genişləndirilməsi üzrə görülmüş işlər və qarşıdakı vəzifələr ətrafında fikir mübadiləsi aparılıb.
İnklüziv sosial inkişaf və sosial təminat üzrə İşçi qrupunda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi ilə yanaşı, Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, Ədliyyə Nazirliyi, Elm və Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, Mərkəzi Bank, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Gənclər Fondunun rəhbər şəxsləri təmsil olunurlar.
Digər xəbərlər