Müddətdən artıq həqiqi hərbi xidmətə qəbul üçün mü...
00:56 04.05.2025
0
0
0
"Mən ilk dəfədir, Naxçıvanda oluram və çox şadam. Sakinlər bizi çox isti münasibət, qonaqpərvərliklə qarşılayaraq böyük hörmət göstərirlər. Çox bəyəndik buranı. Eləcə də təşkilatçılıq çox yüksək səviyyədədir".
Bu sözləri "Şərq qapısı"na müsahibəsində “Tağıyev: Neft” filminin rejissoru Zaur Qasımlı deyib.
O qeyd edib ki, iki gündür, burada film nümayiş etdirilir. Birinci hissə Naxçıvan şəhərində, bu gün isə Ordubadda ikinci hissə göstərildi.
"Çox gözəl təəssüratlar var. Deyim ki, zalnan istehsalçılar arasında çox yaxşı təmas var. Filmə də böyük maraq var. Hacı Zeynalabdin Tağıyevi çox adam sevir deyə filmə də maraq yaranır. Bu duyurulur. Digər bölümlər də artıq çəkilir. Üçüncü hissəni payız aylarında təqdim edəcəyik. Dördüncü hissəni isə ilin sonlarına nəzərdə tutulub. Mən fikirləşirəm ki, belə bir qarşılanmadan sonra biz buraya bir daha qayıdacağıq. Üç və dördüncü hissəni tamaşaçılara nümayiş etdirəcəyik", – deyə Zaur Qasımlı əlavə edib.
Digər xəbərlər