NAXÇIVAN :

22 Aprel 2026, Çərşənbə

Tarix yaradan lider

...

“Ümummilli lider Heydər Əliyevin bütün həyatı mü­barizədə keçmiş və həmişə qalib gəlmişdir. Çünki onun mübarizəsi haqq işi uğrunda, ədalət uğrunda, canından əziz sevdiyi Vətəninin işıqlı sabahı və xalqının xoşbəxtliyi yolunda olmuşdur. Dahi Heydər Əliyev taleyinə böyük mis­siya yazılmış xarizmatik bir lider kimi dünya siyasət tarixində öz şərəfli yerini həmişəlik müəyyən etmişdir. Xarizma­tik liderlərə xas bütün üstün keyfiyyət­lər: cazibədarlıq, cəsarətlilik, zama­nında düzgün qərarvermə bacarığı, müdriklik, resursları düzgün qiymət­ləndirmək və səfərbər etmək, yüksək intizam və təşkilatçılıq, fenomenal yad­daş, parlaq zəka və natiqlik, dərin bilik və geniş dünyagörüşü Ulu Öndər Heydər Əliyevi təkcə öz xalqının deyil, dün­yada onu tanıyan hər kəsin sevimlisi etmişdi. Ulu Öndəri dünya liderlərinin hamısı tanıyırdı, hər kəs onu məftun­luqla dinləyir, ondan öyrənir, onunla hesablaşırdı. Təsadüfi deyildi ki, ABŞ Prezidenti Bill Klinton Azərbaycan xalqının milli liderinə yüksək qiymət vermiş və söyləmişdi: “Heydər Əliyev nəinki Azərbaycanı, nəinki Amerikanı, bütün dünyanı idarə etməyə qadir olan böyük dövlət xadimidir.”

Bu sözləri “Şərq qapısı” qəzetinə müsahibəsində  Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Ülkər Bayramova  deyib.

Deputat daha sonra deyib: “Hər kəs bilir ki, əgər 1993-cü ilin iyununda dahi şəxsiyyət Heydər Əliyev Azərbayca­na rəhbərliyi öz üzərinə götürməsəydi, dövlətçiliyimizin taleyi çox qaranlıq və naümüd olacaqdı. Bunu Ulu Öndər Heydər Əliyevə ən barışmaz müxalifətdə dayananlar da, hətta Azərbaycanın düşmənləri də etiraf edirlər. Milləti yox olmaqdan, dövləti süqut etməkdən, ölkəni parça­lanıb dünya xəritəsindən silinmək təh­lükəsindən məhz Heydər Əliyev xilas etdi! Bunu heç kəs bacarmazdı, yalnız böyük Allahın köməyi ilə, öz xalqına arxalanan Ulu Öndər bacardı: cəsarət, müdriklik, siyasi iradə, dövlətçilik təc­rübəsi, gərgin çalışmalar və ən düzgün zamanda ən doğru qərarı vermək baca­rığı hesabına!

Ulu Öndərin nəsillərə nümunə olan həyat yolu xalqa təmənnasız xidmətdə keçib. O, nəinki müstəqil Azərbaycan dövlətçiliyinin əbədiliyini təmin edib, həm də milli dövlətçiliyin əsasını qoyub, yeni idarəçilik məktəbi formalaşdırıb. Dahi şəxsiyyət qurub-yaratdığı, şah əsəri olan müstəqil Azərbaycanın taleyini bu məktəbin layiqli davamçısı olan Prezident İlham Əliyevə əmanət edib. Dövlət başçısı İlham Əliyevin rəhbərliyi və qüdrətli sərkərdəliyi ilə Azərbaycanın ərazi bütövlüyü təmin olunub. Ümummilli Lider Heydər Əliyevin ən böyük arzusu Qarabağın düşmən tapdağından azad edilməsi, ərazi bütövlüyümüzün bərpası idi. “

Bu gün Ulu Öndər Heydər Əliyevin ruhu şaddır. Çünki siyasi varisi Ali Baş Komandan İlham Əliyev onun bütün vəsiyyətləri­ni və arzularını Azərbaycan xalqının dəstəyi ilə, böyük fədakarlıq və qəhrə­manlıqla həyata keçirib. Ümummilli Liderin müqəddəs yolunu Zəngəzur dağlarının zirvələrinə qədər ləyaqət və hünərlə davam etdirən Ali Baş Komandan İlham Əliyev Şuşanın işğaldan azad olunması müjdəsini Şə­hidlər xiyabanından xalqımıza verərkən dedi: “Mən bu gün, eyni zamanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik”!

Bəli, biz Şuşanı da, Laçını da, Xankəndini də azad etdik, indi o tor­paqlarda böyük bərpa- quruculuq işləri gedir, məcburi köçkün soydaşlarımızın həsrətinə son qoyulub.  Onun canından artıq sevdiyi Azərbaycanın ərazi bü­tövlüyü təmin olunub. Qarabağ torpaqları işğaldan azad edilib. Üç­rəngli Azərbaycan Bayrağı Xankəndidə, Şuşada, Xocalıda, Ağdamda, Füzulidə, Kəlbəcərdə, Cəbrayılda, Zəngilanda, Laçında, bütün Qarabağda dalğalanır. Xalqın torpaq həsrətinə son qoyulub. Zamanında Ulu Öndər tərəfindən cənnətə çevrilən Qarabağın ikinci əbədi dirçəlişi və yüksəlişi başlanıb. Tarixi missiya  davam edir, qarşı­da xalqımızı daha da böyük, daha da qüdrətli Azərbaycan uğrunda yeni zəfərlər gözlə­yir.”- deyə deputat  Ülkər Bayramova bildirib.

 

Nəşr edilib : 12.12.2025 09:00