NAXÇIVAN :

28 Iyul 2026, Çərşənbə axşamı

Təhsilverənlərin sertifikatlaşdırılması prosesi üzrə apellyasiya müraciətləri araşdırılıb

...

Təhsilverənlərin sertifikatlaşdırılması prosesi üzrə apellyasiya müraciətlərinə baxılıb.

Təhsil İnstitutundan bildirilib ki, ekspertlər test tapşırıqlarının tərtibatında müvafiq çərçivə sənədləri və tədris vəsaitləri ilə hər hansı bir uyğunsuzluq olmadığını müəyyənləşdiriblər. Eyni zamanda, bəzi suallarda texniki problemlərin olduğunu qeyd ediblər. İyunun 24-də keçirilmiş imtahanda tarix fənni üzrə Azərbaycan və rus bölmələrində 2, həm gün riyaziyyat fənni üzrə Azərbaycan və rus bölmələrində 1, iyunun 25-də keçirilmiş imtahanda texnologiya fənni üzrə Azərbaycan bölməsində 1 və fiziki tərbiyə fənni üzrə rus bölməsində 1 test tapşırığı ilə bağlı qiymətləndirməyə təsir edən texniki xarakterli uyğunsuzluq müəyyən olunub.

Texniki səhvlər nəzərə alındıqdan sonra həmin test tapşırıqları üzrə müvafiq bal düzəlişləri sualların təqdim olunduğu müəllimlərin xeyrinə hesablanıb.

Xatırladaq ki, iyunun 17-dən 25-dək dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsi keçirilib. İmtahanlarda ümumilikdə 22 mindən çox müəllim iştirak edib, davamiyyət göstəricisi 96 faiz təşkil edib.

Sertifikatlaşdırma prosesinə Azərbaycan dili, rus dili, Azərbaycan dili və ədəbiyyat, rus dili və ədəbiyyat, fransız dili, alman dili, təsviri incəsənət, musiqi, fizika, kimya, biologiya, riyaziyyat, coğrafiya, informatika, ingilis dili, ibtidai sinif, tarix, fiziki tərbiyə və texnologiya fənlərini tədris edən təhsilverənlər cəlb olunublar.

Nəşr edilib : 28.07.2026 16:16