Fələstin Dövlətinin Prezidenti Türkiyəyə üçgünlük ...
17:16 11.08.2026
0
0
0
Şərur rayonunda son illər həyata keçirilən genişmiqyaslı tikinti-quruculuq işləri nəticəsində rayon mərkəzi öz simasını dəyişir. Müasir yaşayış komplekslərinin inşası həm şəhərin memarlıq görünüşünü yeniləyir, həm də əhalinin mənzil təminatının yaxşılaşdırılmasına və şəhərsalmanın inkişafına mühüm töhfə verir. Şərur şəhərinin Heydər Əliyev prospektində istismar müddəti başa çatmış köhnə yaşayış binaları sökülərək onların yerində yeni yaşayış kompleksləri inşa edilir.
Qeyd edək ki, 6 yaşayış binası və bir uşaq bağçasından ibarət kompleksdə hazırda 4-cü binanın tamamlama işləri görülür. Fasad, hörgü, suvaq işləri davam edir. 4-cü bina yekunlaşdırıldıqdan sonra istismar müddəti bitmiş növbəti binalar sökülüb yeni binalar inşa olunacaq. Eyni zamanda həyata keçirilən digər layihə çərçivəsində Heydər Əliyev prospektində zirzəmi ilə birlikdə 8 mərtəbəli yaşayış binası inşa edilir. Hazırda tikinti işləri davam etdirilir. Layihəyə əsasən bina istifadəyə verildikdən sonra birinci mərtəbəsi xidmət sahəsi olmaqla, ümumilikdə, 48 mənzildən ibarət olacaq.
Şərur şəhərində həyata keçirilən bu layihələrin nöbəti illərdə də mərhələli şəkildə davam etdirilməsi nəzərdə tutulur. Yeni yaşayış binalarının inşası Şərurun şəhərsalma baxımından inkişafına, sakinlərin rahat və müasir yaşayış şəraitinin təmin olunmasına mühüm töhfə verəcək.
Heydər MƏMMƏDOV
Digər xəbərlər