NAXÇIVAN :

19 Yanvar 2026, Bazar ertəsi

Tinglik sahələrində toxum əkini işləri həyata keçirilib

...

Yeni toxmacarlıqların yaradılması üçün ötən günlərdə torpaq hazırlıq işləri görülən Qoşadizə və Xətai tinglik sahələrinə meyvə toxumları əkilib. Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii  Sərvətlər Nazirliyinin Yaşıllaşdırma və Landşaft Quruluşu Məhdud Məsuliyyətli Cəmiyyətinin əməkdaşları tərəfindən, ümumilikdə, 1,2 hektar sahəyə qoz, badam və ərik toxumları əkilib.
Bu işlərin görülməsində əsas məqsədi tingliklərdə yerli iqlim şəraitinə uyğun, davamlı və keyfiyyətli ting materiallarının yetişdirilməsidir. Gələcəkdə yetişəcək tinglər bölgədə yaşıllıq sahələrinin genişləndirilməsinə və ətraf mühitin sağlamlaşdırılmasına töhfə verəcəkdir.

Nəşr edilib : 28.10.2025 17:54