NAXÇIVAN :

21 Aprel 2026, Çərşənbə axşamı

Tokayev və Makron Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər

...

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev fransalı həmkarı Emmanuel Makronla telefonla danışıb.
"Şərq qapısı" xəbər verir ki, bu barədə Makron "X" sosial şəbəkəsində yazıb.
"Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə telefon danışığım oldu. 2023-cü ilin noyabrında Qazaxıstana səfərimdən və prezident Tokayevin ötən ilin noyabrında Fransaya dövlət səfərindən sonra xüsusilə nəqliyyat və enerji sahələrində strateji tərəfdaşlığın gücləndirilməsini müzakirə etdik. Həmçinin beynəlxalq vəziyyət, o cümlədən Rusiyanın Ukraynada apardığı müharibə və Cənubi Qafqazdakı hazırkı danışıqlar barədə söhbət etdik", - paylaşımda deyilir.

Nəşr edilib : 23.08.2025 19:41