Naxçıvanda moped piyadanı vurub
18:13 22.04.2026
0
0
0
Martın 13-də “Şəhərsalma və Memarlıq İli” çərçivəsində ətraf mühitin mühafizəsi və tullantıların düzgün idarə olunması sahəsində ictimai maarifləndirməni artırmaq məqsədilə növbəti “Tullantıları tinglərə dəyiş” aksiyası keçirilib.
"Şərq qapısı" xəbər verir ki, Naxçıvan şəhəri, Heydər Əliyev prospektində yerləşən “Araz” supermarketin, eyni zamanda Cahan Ticarət Mərkəzinin qarşısında təşkil olunan aksiya zamanı vətəndaşlar ümumi tutumu 1 716 litr olan plastik, 73 litr olan şüşə tullantı, 161 ədəd işlənmiş batareya təhvil verərək əvəzində 80 ədəd badam, tut və qızılçam tingləri, eyni zamanda dibçəkdə həmişəbahar bitkisi əldə ediblər.
Aksiyanın keçirilməsində məqsəd əhalinin tullantıların çeşidlənməsi və təkrar emala yönləndirilməsi istiqamətində fəal iştirakını təmin etmək, tullantıların ətraf mühitə mənfi təsirlərini azaltmaq, ekoloji düşüncəni formalaşdırmaq, həmçinin yaşıllıqların artırılmasına və cəmiyyətin ekoloji məsuliyyətinin gücləndirilməsinə dəstək olmaqdır.
Digər xəbərlər