Ceyhun Bayramov Maqdalena Qrono ilə Azərbaycan-Aİ ...
17:00 10.09.2026
0
0
0
NAXÇIVAN :
10 Sentyabr 2026, Cümə axşamı
Azərbaycan-Türkiyə qardaşlığının möhkəmləndirilməsində insan kapitalına qoyulan sərmayələr xüsusi əhəmiyyət daşıyır.
"Şərq qapısı" xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri professor Birol Akgün Bakı Türk Anadolu Liseyində TİKA-nın dəstəyi ilə yaradılmış Robotik kodlaşdırma laboratoriyasının açılış mərasimində söyləyib. O bildirib ki, Azərbaycan və Türkiyə arasında həyata keçirilən layihələr yalnız infrastrukturların yaradılması ilə məhdudlaşmır. Bəzi layihələr kənardan görünməsə də, onların nəticələri gələcəkdə yetişən nəsillərin bilik və bacarıqlarında özünü göstərəcək.
“Bəlkə də burada açılacaq robotik texnologiya laboratoriyası kənardan heç görünməyəcək. Amma burada dünyanı tanıyan, texnologiyanı bilən, yaxşı niyyətli çox gözəl uşaqlar yetişəcək”, – deyə səfir qeyd edib.
Birol Akgün vurğulayıb ki, “Bir millət, iki dövlət” devizinə ən yaxşı xidmət edən sərmayə insana qoyulan sərmayədir. Binalar tikmək, müxtəlif layihələr həyata keçirmək mümkündür, lakin iqtisadi və sosial baxımdan dayanıqlı inkişafı təmin etmək üçün müasir dünyanın tələblərinə uyğun bilik və bacarıqlara malik insanların yetişdirilməsi vacibdir.
“Rəqabət şəraitində olan dünyada ayaqda qalmaq üçün dövrün tələbinə uyğun, lazımi bilik və bacarıqlara malik yaxşı insanlar yetişdirmək lazımdır. Bu isə sevimli müəllimlərimizin vasitəsilə həyata keçirilir”, – deyə diplomat bildirib.
Səfir məktəb rəhbərliyinə, TİKA-ya və layihənin həyata keçirilməsində iştirak edən bütün əməkdaşlara minnətdarlığını bildirib.
Professor Birol Akgün Türkiyə ilə Azərbaycanın qardaşlığının gələcək nəsillərin təhsilinə və inkişafına yönəlmiş bu kimi layihələrlə daha da möhkəmləndiyini diqqətə çatdırıb.
Digər xəbərlər