NAXÇIVAN :

19 Aprel 2026, Bazar

Türkiyə və Azərbaycan hərbçiləri sarsılmaz dostluq və qardaşlıq əlaməti olaraq bayraqları dəyişiblər

...

Türkiyənin Milli Müdafiə Nazirliyi sosial şəbəkələrdə “Heydər Əliyev-2026” birgə təlimlərində iştirak etmək məqsədilə qardaş ölkəyə yollanan Azərbaycanın Əlahiddə Ümumqoşun Ordusunun hərbi qulluqçularının qarşılanma mərasiminin videogörüntülərini paylaşıb.
"Şərq qapısı" xəbər verir ki, Azərbaycan hərbçilərinin qarşılanma mərasimi Araz çayı üzərində yerləşən körpüdə baş tutub.
Hərbçilər Türkiyə ilə Azərbaycan arasındakı dostluq və qardaşlığın sarsılmaz olmasının əlaməti olaraq bayraqları dəyişiblər.
Daha sonra hərbi texnika “Ümid” körpüsü ilə hərəkət edib.

Nəşr edilib : 03.04.2026 22:24