NAXÇIVAN :

21 Aprel 2026, Çərşənbə axşamı

Türkiyə və İranın XİN başçıları Suriya və Qəzzanı müzakirə ediblər

...

Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə İranın XİN rəhbəri Abbas Arakçı arasında telefon danışığı olub.

"Şərq qapısı" xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyindən bildirilib.

Qeyd olunub ki, tərəflər Qəzzada humanitar vəziyyəti və Suriyadakı son hadisələri müzakirə ediblər.

Onlar həmçinin cümə günü İstanbulda baş tutacaq nüvə danışıqları barədə fikir mübadiləsi aparıblar.

Nəşr edilib : 21.07.2025 23:16