NAXÇIVAN :

12 Avqust 2026, Çərşənbə

Türkiyədə 2500 illik heykəl aşkarlanıb

...

Türkiyənin Manisa vilayətində yerləşən Sardes antik şəhərində təxminən 2500 illik gənc kişi heykəli aşkar edilib.

"Şərq qapısı" xəbər verir ki, bu barədə Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy məlumat verib.

Bildirilib ki, eramızdan əvvəl V əsrin ilk yarısına aid olan, 2,2 metr hündürlüyə malik mərmər heykəl monumental ölçüsü, yaxşı qorunmuş vəziyyəti və Lidiya mədəniyyətinin izlərini daşıyan geyim detallarına görə dövrün incəsənəti və ictimai həyatı barədə mühüm məlumatlar təqdim edir.

Nazir bunu Anadolu arxeologiyasına işıq tutacaq bənzərsiz kəşf kimi qiymətləndirib.

Nəşr edilib : 03.08.2026 13:47