NAXÇIVAN :

27 Noyabr 2026, Cümə

Türkiyədə avtobusla minik avtomobili toqquşub, xəsarət alanlar var

...

Türkiyədə xidməti avtobusla minik avtomobili toqquşub.

"Şərq qapısı" yerli mətbuata istinadən xəbər verir ki, hadisə Sivas şəhərinin Suşehri rayonunda qeydə alınıb.

Qəza nəticəsində 16 nəfər xəsarət alıb. Hadisə yerinə təcili yardım və jandarm əməkdaşları cəlb olunub.

Yaralılar Suşehri Dövlət Xəstəxanasına aparılıb. Onlarda ikisinin vəziyyətinin ağır olduğu bildirilir.

Qəzanın başvermə səbəbi açıqlanmır.

Hadisə ilə bağlı araşdırma aparılır.

Nəşr edilib : 12.11.2026 10:50