NAXÇIVAN :

14 May 2026, Cümə axşamı

Türkiyədə təbii fəlakətlər zamanı axtarış-xilasetmə beynəlxalq təlimləri keçiriləcək

...

Türkiyə Milli Müdafiə Nazirliyi təbii fəlakətlər zamanı axtarış-xilasetmə beynəlxalq təlimlərin keçiriləcəyini bildirib.

"Şərq qapısı" xəbər verir ki, 10-23 may tarixlərində keçirilməsi planlaşdırılan təlimlərdə Azərbaycan, Gürcüstan və Türkiyədən olan müvafiq bölmələrin iştirakı gözlənilir.

Milli Müdafiə Nazirliyinin məlumatında bildirilib: “Türkiyədə keçiriləcək təlimlər dostluq və əməkdaşlıq əlaqələrini dərinləşdirmək və fəlakət zonalarında mürəkkəb axtarış-xilasetmə əməliyyatlarında qarşılıqlı fəaliyyət bacarıqlarını inkişaf etdirmək məqsədi daşıyır”.

Nəşr edilib : 07.05.2026 14:36