NAXÇIVAN :

22 Aprel 2026, Çərşənbə

Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Ümummilli Liderin məzarını ziyarət edib

...

Azərbaycanda səfərdə olan Türkiyə Respublikasının vitse-prezidenti Cevdet Yılmazın rəhbərlik etdiyi nümayəndə heyəti dekabrın 22-də Fəxri xiyabanı ziyarət edib.

"Şərq qapısı" xəbər verir ki, əvvəlcə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsi ehtiramla anılıb, məzarı önünə əklil qoyulub.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad edilib, məzarı üstünə gül dəstələri düzülüb.

Nəşr edilib : 22.12.2025 13:10