Lənkəran-Astara zonasında qısamüddətli leysan olub...
15:03 13.09.2026
0
0
0
Türkiyənin xarici işlər naziri Hakan Fidan bu gün Suriyaya səfər edəcək.
“Şərq qapısı” xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi açıqlama yayıb.
Məlumatda bildirilir ki, səfər çərçivəsində nazirlə suriyalı həmkarı Əsəd Həsən Şeybani arasında keçiriləcək görüşlərdə Suriyada davamlı sülh, sabitlik və rifahın təmin olunması, ikitərəfli əlaqələrin inkişafı, ticarət, enerji və nəqliyyat sahələrində əməkdaşlığın gücləndirilməsi müzakirə ediləcək.
Tərəflərin, həmçinin Suriyadakı inteqrasiya prosesi, Suriya Demokratik Qüvvələrinin (SDQ) özünü ləğv etməsi, ölkənin ərazi bütövlüyünün və dövlət qurumlarının gücləndirilməsi məsələlərini nəzərdən keçirməsi gözlənilir.
Görüşlərdə Suriyanın cənubundakı vəziyyət, eləcə də ölkənin təhlükəsizliyi və sabitliyi istiqamətində atılacaq addımların da müzakirə olunacağı bildirilir.
Səfər iki gün davam edəvək.
Digər xəbərlər