Muxtar Babayev: Yeni NDC-lər yaşıl investisiyalar ...
21:54 26.06.2025
0
0
0
NAXÇIVAN :
26 Iyun 2025, Cümə axşamı
Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanında muxtar respublika üzrə yüksək nəticə göstərən abituriyentlərdən daha biri imtahanla bağlı təəssüratlarını və gələcək planlarını “Şərq qapısı” qəzeti ilə bölüşüb.
Naxçıvan şəhərində fəaliyyət göstərən 1 nömrəli tam orta məktəbin məzunu Oruc Rəhimli IV ixtisas qrupu üzrə keçirilən imtahanda parlaq nəticə göstərib. O, buraxılış imtahanında 282, blok imtahanında isə 391 bal toplayaraq, ümumilikdə, 673 bal nəticə ilə muxtar respublika üzrə ön sıralarda qərarlaşıb. Gənc abituriyent bu uğurun arxasında illərlə davam edən məqsədyönlü çalışmanın və ailəsinin, müəllimlərinin dəstəyinin dayandığını qeyd edir: “Hələ uşaqlıq illərindən tibbi sahəyə böyük marağım olub. Bu məqsədimə çatmaq üçün hər zaman əzmlə, səbirlə çalışmışam. İnanıram ki, uğurun açarı məhz budur – məqsədini müəyyən edib, ona doğru ardıcıl və sistemli şəkildə addımlamaq. Bu yolda mənə hər zaman dəstək olan ailəmə, müəllimlərimə və təhsil aldığım məktəbə minnətdarlığımı bildirirəm. Gələcəkdə Azərbaycan Tibb Universitetinin Stomatologiya fakültəsində təhsil almağı və bu sahədə peşəkar mütəxəssis kimi yetişərək xalqıma, Vətənimə xidmət etməyi qarşıma məqsəd qoymuşam”.
Oruc Rəhimli qeyd etdi ki, yalnız dərs oxumaqla kifayətlənməyib, mütəmadi şəkildə testlər üzərində çalışıb, sınaq imtahanlarında iştirak edib və müxtəlif resurslardan faydalanıb. Bu hazırlıq onun imtahanda yüksək nəticə göstərməsində mühüm rol oynayıb.
Beləliklə, muxtar respublikanın savadlı, məqsədyönlü gəncləri bir daha sübut etdilər ki, planlı hazırlıq, əzm və məqsədə bağlılıq uğura aparan ən doğru yoldur.
Bülbül QULİYEVA
Digər xəbərlər