Naxçıvanda daha bir mühüm konfrans
23:23 13.05.2025
0
0
0
Ordubad rayonunda bədən tərbiyəsi və idmanın təbliği, onların forma və metodlarını müəyyən etmək, mediada bədən tərbiyəsi və idmanın sosial əhəmiyyətinin, əhalinin sağlamlığının möhkəmləndirilməsi və fiziki inkişafında sağlam həyat tərzinin formalaşdırılmasındakı rolunun təşviqini təmin etmək məqsədilə uşaqlar üçün ustad dərsi təşkil olunub.
Tədbirin açılışını edən Ordubad Rayon Təhsil Şöbəsinin əməkdaşı Sevinc Süleymanlı çıxış edərək ustad dərsin mahiyyəti və əhəmiyyəti barədə danışıb. Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Müşərrəf Bağırova komitənin fəaliyyət istiqamətləri, bədən tərbiyəsi və idmanın təbliği ilə bağlı həyata keçirilən maarifləndirici tədbirlərdən bəhs edib. Ordubad Rayon Uşaq Gənclər İdman Məktəbinin direktoru Elşən Əliyev isə rayon ərazisində uşaqlar üçün yaradılan idman və yaradıcılıq imkanları haqqında məlumat verib.
Ustad dərsdə müxtəlif yaş qruplarından olan 43 uşaq iştirak edib. Təlimlər Azərbaycan İdman Ustası Humay Qafarovanın rəhbərliyi ilə həyata keçirilib. O, uşaqlara düzgün duruş, elastiklik, koordinasiya kimi mühüm bacarıqları aşılayaraq praktiki məşqlər etdirib.Tədbirin əsas məqsədi uşaqlarda özünəinam hissinin gücləndirilməsi, komandada işləmək bacarığının inkişafı, fiziki aktivlik və sağlam həyat tərzinə marağın artırılması olub. Eyni zamanda uşaqlara idmanın fiziki və psixoloji faydaları haqqında da geniş məlumat verilib.
Digər xəbərlər