Dövlət Xidməti mədəni irs üzrə ən yaxşı data innov...
22:18 20.04.2026
0
0
0
21 iyun 2025-ci il tarixdə elan olunan vakansiya üzrə Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin müvafiq rayon şöbələrində mühəndis-inventarlaşdırıcı və yerquruluşu üzrə mühəndis vəzifələrinin tutulması üçün qeydiyyatdan keçmiş 40 namizəd 15-16 avqust 2025-ci il tarixlərdə müsabiqədə iştirak edib. İki mərhələdən ibarət olan müsabiqədə namizədlərə 40 test tapşırığı, 5 praktiki tapşırıq təqdim olunub. Birinci mərhələdə ayrılan müddət ərzində namizədlər tərəfindən vəzifə təlimatlarına uyğun qanunvericilik üzrə suallar cavablandırılıb, ikinci mərhələdə isə namizədlərin praktiki bilikləri yoxlanılıb. Ən yüksək nəticə göstərən 5 nəfər “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin rayon şöbələrində işlə təmin olunub.
Digər xəbərlər