Ötən ay fiziki şəxslərin müddətli əmanətləri 129,6...
11:19 29.07.2026
0
0
0
IV ixtisas qrupunda müsabiqənin 600 baldan yuxarı nəticə göstərən abituriyentlər arasında keçəcəyi gözlənilir.
"Şərq qapısı" xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin aparat rəhbəri Vəfadar Misirov iyulun 29-da elektron imtahanlar korpusunda təşkil olunan “Ali təhsil müəssisələrinin sərgisi”nin açılış mərasimində jurnalistlərə müsahibəsində deyib. O bildirib ki, ötən ilin nəticələri ilə müqayisədə ümumi vəziyyətin oxşar olduğu müşahidə edilir.
“IV ixtisas qrupunda müsabiqə vəziyyəti kifayət qədər yüksək olacaq. Bu qrup üzrə proqnoz vermək nisbətən asandır, çünki burada əsasən tibb istiqaməti üstünlük təşkil edir. Hesab edirəm ki, keçən illə müqayisədə oxşar vəziyyət yaranacaq və əsas müsabiqə 600 baldan yuxarı nəticə göstərən abituriyentlər arasında gedəcək”, – deyə V.Misirov qeyd edib.
DİM rəsmisi əlavə edib ki, aşağı keçid balları ilə bağlı müəyyən dəyişikliklər gözlənilir və bu barədə ətraflı məlumat “Abituriyent” jurnalının 4-cü nömrəsində əks olunacaq.
Keçid ballarının artıb-artmayacağı ilə bağlı suala cavab verən V.Misirov bildirib ki, hazırkı mərhələdə konkret proqnoz vermək mümkün deyil: “Plan yerləri və ballar üzrə abituriyent sayı məlum olduqdan sonra daha dəqiq qiymətləndirmə aparmaq mümkün olacaq. Keçid ballarına təsir edən əsas amillərdən biri də abituriyentlərin seçimləridir. İxtisaslara olan maraq və seçim tendensiyaları müsabiqənin nəticələrinə birbaşa təsir göstərir”.
Digər xəbərlər