NAXÇIVAN :

25 Avqust 2026, Çərşənbə axşamı

Venesuelada zəlzələ nəticəsində ölənlərin sayı 6500-ü keçib

...

Venesuelada baş verən zəlzələ nəticəsində 6509 nəfər həlak olub.

"Şərq qapısı" xarici mediaya istinadla xəbər verir ki, bu barədə Venesuela Milli Assambleyasının sədri Xorxe Rodrigezin Teleqram kanalında dərc edilmiş açıqlamasında bildirilib.

Qeyd olunub ki, yeraltı təkanlarla əlaqədar 226 min 696 nəfər yaralanıb və tibbi yardım alıb. Axtarış-xilasetmə əməliyyatları zamanı 6462 nəfər xilas edilib. 25 mindən çox evə ciddi ziyan dəyib.

Xatırladaq ki, Venesuelada iyunun 24-də 7,2 və 7,5 bal gücündə zəlzələlər baş verib.

Nəşr edilib : 25.08.2026 07:58