“Air Serbia”nın Belqrad–Bakı reysi Heydər Əliyev B...
20:15 03.05.2026
0
0
0
NAXÇIVAN :
03 May 2026, Bazar
Qalib, yenilməz və məğrur Azərbaycan xalqı müstəqilliyimizin bərpasının 34-cü ildönümünü qeyd edir. Bayram günlərinin, əlamətdar hadisələrin bir hesabat xarakteri daşıdığını nəzərə alanda son 34 illik tariximizi vərəqləmək bir zərurət kimi qarşıda dayanır. 1991-ci ilin 18 oktyabr tarixində Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edildi. Müstəqilliyimizin bərpasının ilk illəri faciəli dövr kimi xarakterizə edilir. 1991-1993-cü illərdə Azərbaycan çox böyük problemlərlə, itkilərlə üzləşdi. Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının fonunda azərbaycanlılar tarixi Qərbi Azərbaycan torpaqlarından və Qarabağdan kütləvi şəkildə qovulurdular. 1992-ci ilin may ayında Şuşa və Laçın rayonlarının işğal edilməsi böyük faciə idi. O illərdə dövlətçiliyin əsasları qurulmadı, nizami ordu yaradılmadı, cəmiyyətdə milli həmrəylik, birlik yox idi. AXC-Müsavat cütlüyünün hakimiyyəti qanunsuz yolla zəbt etməsi vəziyyəti daha da ağırlaşdırdı. Onların bir illik hakimiyyəti çağdaş tariximizdə rüsvayçılıq, fəlakət dövrü kimi yer alıb. Hakimiyyəti zor gücünə zəbt edən AXC-Müsavat qruplaşması ölkəmizi uçuruma aparırdı.
Həmin dövrdə Azərbaycanın daxilində gedən proseslər ölkəmizi çökdürürdü. İqtisadi böhran yaşanırdı, sənaye demək olar ki, iflic vəziyyətə düşmüşdü. O vaxtkı hakimiyyət ancaq öz maraqlarını təmin etmək üçün çalışırdı. Korrupsiya, rüşvətxorluq son həddə çatmışdı. Ölkəmizdə qanunsuz silahlı birləşmələr xalqa meydan oxuyurdu, Bakının küçələrində əlisilahlı adamlar dəstə-dəstə gəzir, insanları incidirdi. Baxmayaraq ki, Qarabağda işğalçı Ermənistan ilə qanlı döyüşlər gedirdi, bütün bunlar azmış kimi AXC-Müsavat qruplaşması Azərbaycanda öz hakimiyyətini saxlamaq üçün vətəndaş müharibəsinə başlamışdı. Gəncə şəhərində qardaş qanı axıdıldı. Cəmi bir illik hakimiyyətləri dövründə AXC-Müsavat qruplaşmasının yarıtmaz, xəyanətkar fəaliyyəti nəticəsində Azərbaycan öz müstəqilliyini itirmək, bir dövlət olaraq dünya xəritəsindən silinmək təhlükəsi ilə üz-üzə qaldı. Əgər o vaxt xalqın təkidli tələbi ilə Ümummilli Lider Heydər Əliyev hakimiyyətə qayıtmasaydı, Azərbaycan müstəqil dövlət kimi dünyanın siyasi xəritəsindən silinəcəkdi.
Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə "Şərq qapısı"na açıqlamasında bildirib.
Millət vəkili qeyd edib ki, 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev ölkəmizin müstəqilliyini əbədi və dönməz etdi. Məhz Onun zəngin siyasi təcrübəsi, yüksək idarəçilik bacarığı, Vətənə olan tükənməz sevgisi Azərbaycanın dövlət müstəqilliyini təhlükədən qurtardı. Ulu Öndər ölkədə xaos və anarxiyanı, cəmiyyətdə hökm sürən iqtisadi, siyasi və mənəvi-psixoloji gərginliyi aradan qaldırdı. Müstəqil Azərbaycan möhkəm əsaslar üzərində yeni inkişaf yoluna başladı. Azərbaycan qısa müddətdə sabitlik diyarına çevrildi. Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin əbədi və dönməzliyini təmin etmək üçün atdığı addımları qısqanclıqla qarşılayanlar 1994-cü ilin oktyabr və 1995-ci ilin mart aylarında dövlət çevrilişinə cəhdlər etdilər. Lakin Heydər Əliyev-xalq birliyi sayəsində dövlət çevrilişlərinə cəhdlərin qarşısı qətiyyətlə alındı. Bir daha sübut olundu ki, xalqa arxalanan Lider dövlətçiliyi qorumağa qadirdir. Azərbaycanın müstəqilliyini tarixi nailiyyətimiz kimi dəyərləndirən Ümummilli Lider Heydər Əliyev onu qorumağı hər kəsin vətəndaşlıq borcu hesab edirdi. Sabitlik hər bir inkişafın əsası kimi öndə saxlanıldı. Ölkəmizin malik olduğu iqtisadi potensialdan səmərəli istifadə etməsi dünya iqtisadi sisteminə inteqrasiyanı sürətləndirdi. “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycana iqtisadi və siyasi dividend qazandırdı. Azərbaycana inam artdı, ölkəmiz yeni dostlar, tərəfdaşlar qazandı. “Əsrin müqaviləsi”nin 20 illiyində Cənub Qaz Dəhlizi layihəsinin təməlinin qoyulması, 23 illiyində “Yeni əsrin müqaviləsi”nin imzalanması bunun bariz nümunəsidir. Ölkəmizin dayanıqlı inkişafı üçün geniş imkanlar yarandı. 1999-cu ildə yaradılan Dövlət Neft Fondu neft gəlirlərindən səmərəli istifadəni təmin etdi. İqtisadi strategiyanın dünyanın qabaqcıl ölkələrinin təcrübəsinə əsasən işlənib hazırlanması neft gəlirlərinin idarə olunmasında şəffaflığa, əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində ardıcıl addımlara yol açdı. Azərbaycan qısa müddətdə böyük investisiyalar məkanına çevrildi.
suverenliyimizin bərpası, Azərbaycan Bayrağının Şuşada, Xankəndidə və digər azad olunmuş ərazilərimizdə dalğalanması idi. Artıq bu arzu reallığa çevrilib. Dövlət başçısı İlham Əliyev Ulu Öndər Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycanı daha da gücləndirdi, qələbəyə doğru inamla apardı. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış tarixi Qarabağ Zəfəri xalqımızın qəhrəmanlıq tarixinə əbədi həkk olunub. Qarabağın tacı Şuşanın işğaldan azad edildiyi tarix Zəfər Günü, 2023-cü ilin 19-20 sentyabr tarixlərində həyata keçirilən bir günlük antiterror tədbirləri nəticəsində suverenliyimizin tam bərpa edildiyi gün-20 sentyabr Dövlət Suverenliyi Günü kimi tarixə yazıldı.
Artıq işğaldan azad olunmuş ərazilərimizə yeni həyat qayıdıb. Bu torpaqlarda genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir, Böyük Qayıdış Proqramı icra olunur. Görülən işlər Azərbaycan dövlətinin gücünü, qüdrətini, iqtisadi imkanlarını nümayiş etdirir. Bu gün böyük qürur hissi ilə qeyd edirik ki, Azərbaycanın müstəqilliyi əbədidir, dönməzdir. Qalib, bütöv Azərbaycanın qarşısında yeni imkanlar açılır. Azərbaycan hər dövrün çağırışlarını yüksək səviyyədə yerinə yetirərək uğurları, Zəfərləri ilə hər kəsi heyrətləndirir. Bu gün böyük qürur hissi ilə qeyd edirik ki, azad edilmiş ərazilərimiz beynəlxalq mərkəzə çevrilib. Qlobal problemlərin bu məkanlarda müzakirə edilməsi Azərbaycanın ədalətə və beynəlxalq hüquqa söykənən müstəqil siyasətinə verilən dəstəyin ifadəsidir. Tarixi Zəfərimizin reallıqları fonunda Prezident İlham Əliyevin irəli sürdüyü təşəbbüslərdən biri 2021-ci il oktyabrın 15-də Milli Məclisin “Müstəqillik Günü haqqında” yeni Qanunu təsdiqləməsidir. Qanuna əsasən, hər il mayın 28-i Müstəqillik Günü, oktyabrın 18-i isə Müstəqilliyin Bərpası Günü kimi bayram edilir.
Digər xəbərlər