NAXÇIVAN :

02 May 2026, Şənbə

Xankəndi şəhərində intellektual festival keçirilib

...

Mayın 1-də Xankəndi şəhərində “Karabakh Training Center”in təşkilatçılığı ilə İntellektual Gənclər Festivalı keçirilib.
"Şərq qapısı" xəbər verir ki, festivala ölkənin 33 bölgəsindən gələn gənclər, Qarabağ Universitetinin, eləcə də respublikanın digər dövlət, özəl ali təhsil müəssisələrinin tələbə-müəllim heyəti, Xankəndi və Şuşa şəhərlərində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin müəllimləri və məzunları qatılıblar. Festivalın akademik tərəfdaşı qismində isə Azərbaycan Texniki Universiteti çıxış edib.
Festival çərçivəsində gənclərin bilik və bacarıqlarının stimullaşdırılması məqsədilə bir sıra dəstək tədbirləri həyata keçirilib.
Tədbirin rəsmi hissəsi yekunlaşdıqdan sonra gənclər üçün ölkənin tanınmış sənət adamlarının iştirakı ilə konsert proqramı təşkil edilib.
Festivalın əsas məqsədi işğaldan azad edilmiş ərazilərdə gənclərin intellektual inkişafını dəstəkləmək, onların innovativ təşəbbüslərini stimullaşdırmaq və regionun akademik potensialını gücləndirməkdir.
Tədbirə Gənclər və İdman Nazirliyinin nəzdində Gənclər Evi, Gənclərin İnkişaf və Karyera Mərkəzi və “Rabitəbank” ASC rəsmi tərəfdaşlıq edib.

Nəşr edilib : 01.05.2026 20:43