Mədəniyyət Nazirliyi: Partlayış kinostudiyanın əra...
00:35 27.06.2025
0
0
0
NAXÇIVAN :
27 Iyun 2025, Cümə
İllərlə, nə az, nə çox, düz 70 il sovet əsarətində “şən, firavan” yaşadıq. Dünyadan bixəbər olduq. Sovetlərin əcəl zəngi çalınanda isə illərdir, zəncir vurulan əlimiz yazmaya, “Danışma”, – deyilib susdurulan dilimiz isə susa bilmədi. Biz meydanlara yığılıb müstəqillik elan edəndə Naxçıvan televiziyasının efirindən bir neçə dildə məlumat verilsə də, Sədərəkdə qanlı döyüşlərdə onlarla igidimiz, körpə fidanlarımız şəhid olsa da, səsimizi nə kimsə eşitdi, nə də yazdığımızı oxudu. Nə buradan pərvazlanan azadlıq şüarını, nə də Xocalıda göylərə yüksələn fəryad səsini heç kim duymadı.
...İllərlə mübarizə apardıq, dəfələrlə xarici ekspertləri Naxçıvana və Qarabağa səfərə dəvət etdik, haqq səsimizi dünyaya çatdırmaq üçün. Amma, təəssüf ki, Ulu Öndər Naxçıvana gələnə kimi kimsə nə ayağını bu qədim, mübariz torpağa qoydu, nə də ki Qarabağa gedib tüstüsü göylərə qalxan, xarabaya çevrilən tarixi abidələrə baxdı. Nə də yayın istisində, qışın soyuğunda çadırlarda, dəmir vaqonlarda yaşayan bir milyon qaçqını gördü. Ta ki həmin günə kimi. Hələ inşası tamamlanmamış “Ümid” körpüsündən Heydər Əliyevin səyləri ilə Türkiyədən Naxçıvana gətirilən türkiyəli jurnalistlərin gəldiyi günə kimi...
Dahi rəhbər Ali Məclisin Sədri seçiləndən sonra ilk işi diplomatik əlaqələri genişləndirib xarici ekspertləri Naxçıvana gəlməyə səsləmək oldu. İlk addımı qardaş Türkiyə atdı və həmin illərdə buraya səfər edən türkiyəli jurnalistlər Naxçıvanın haqq səsini dünyaya duyurdu. Azərbaycan Prezidenti seçildikdən sonra da bu sahədə önəmli addımlar atan dahi rəhbər öncə xarici əlaqələri qaydasına salıb öz sözünü dedi. Azərbaycanı dünyaya tanıtdı.
Ötən illərdə qazandığımız söz savaşı sonralar öz bəhrəsini verdi. 1990-cı illərdə səsimizə səs verməyən dünya dövlətlərinin yerini sözümüzə hakim kəsilən dövlətlər tutdu. Şanlı Vətən savaşında dəfələrlə dünya mediasına müsahibələr verən ölkə başçısının dörd dildə dörd saat davam edən mətbuat konfransı keçirməsi isə Azərbaycan tarixində bir ilk idi. Həmin günlərdə biz həm döyüş meydanında, həm də media savaşında qalib olmuşduq. Artıq heç kim ermənilərin “zavallı” görünüşünə, hayların dünyaya yayılan “harayına” məhəl qoymurdu. Postmüharibə dövründə əsas işlərdən biri də Qarabağda aparılan işlər və düşmənin torpağımıza vurduğu ziyanın göz önünə gətirilməsi oldu.
Bu məqsədlə də Vətən savaşından keçən beş il ərzində Qarabağa və ətrafındakı rayonlara dəfələrlə müxtəlif ölkələrdən gəlmiş ekspertlərin səfəri təşkil edilib. Bu səfərlər Azərbaycanı daha yaxşı tanımağa, ölkənin nəbzini duymağa imkan yaratmaqla bərabər, düşmənin başımıza açdığı müsibətin daha dərindən təhlil edilməsinə də imkan yaradır. Necə deyərlər, “Min dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır”. Xarici ekspertlər bölgəyə səfərləri zamanı düşmənin illərlə bu cənnət yurdun başına açdığı bəlaları da yaxından görür, necə çətin şəraitdə Vətənimizi işğaldan azad etdiyimizi də.
Azərbaycanın bu ərazilərdə həyata keçirdiyi bərpa işləri ilə əyani tanış olmasına imkan yaradan səfərlərin məqsədi həm də ermənilərin işğal dövründə törətmiş olduqları dağıntıları, həmçinin Azərbaycan hökumətinin bu regionun infrastrukturunun bərpası istiqamətində həyata keçirdiyi işləri nümayiş etdirməkdir. Prezident İlham Əliyev ADA Universitetində keçirilən “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forumda çıxışı zamanı deyib: “Azərbaycanın tarixi ərazilərinin azad edilməsindən sonra ekspertlərin azad edilmiş ərazilərə səfəri ölkəmizin, münaqişənin tarixi haqqında, həmçinin Azərbaycanın bugünkü reallıqları barədə daha çox məlumat verir”.
Bu səfərlər həm də işğaldan azad edilmiş ərazilərə xarici investorları cəlb etmək baxımından da önəmlidir. Bütün bunların nəticəsidir ki, Qarabağın yenidən qurulmasına yerli şirkətlərlə yanaşı, xarici investorlar da böyük maraq göstərirlər. Bununla bağlı KOBIA-ya 1950-dən çox müraciət daxil olub. Müraciətlərin 1450-dən çoxu yerli, 500-dən çoxu isə xarici müraciətdir. Ümumi müraciətlərin 980-dən çoxu investisiya layihəsidir ki, onun da 48 faizi ticarət və xidmət, 22 faizi sənaye, 22 faizi kənd təsərrüfatı, 8 faizi isə tikinti, turizm, səhiyyə, təhsil və mədəniyyət sahələrini əhatə edir. Dövlətimiz sahibkarlara işğaldan azad edilmiş ərazilərin iqtisadi və investisiya potensialına dair ətraflı məlumat, peşəkar məsləhət xidməti, müvafiq dövlət qurumları ilə əlaqələndirmə, yerli tərəfdaşların tapılması istiqamətində dəstək və xidmətlər göstərilməsi üçün maraqlıdır. Və bu sahədə görülən işlərin nəticəsidir ki, bu gün Türkiyə, İtaliya, Böyük Britaniya, Pakistan və İsraildən Qarabağın bərpasına investisiya axını var. Bütün bunlar həm də dövlətimizin hərbi gücünü dünyaya nümayiş etdirir. Hamı razılaşar ki, heç kim təhlükə altında, işğal qorxusunda olan torpağa sərmayə qoymağı gözə almaz. Necə ki 30 il ərzində Qarabağa – cənnət Şuşaya, Kəlbəcərə ən güclü dünya dövləti belə kiçik bir hotel inşa etməmişdi. Çünki etiraf etməsələr belə onlar da yaxşı bilirdilər bu torpağın erməni yurdu olmadığını.
Ramiyə ƏKBƏROVA
Digər xəbərlər