NAXÇIVAN :

23 Aprel 2026, Cümə axşamı

Xarici ticarət iştirakçıları ilə növbəti görüş keçirilib

...

"Şərq qapısı" xəbər verir ki, Naxçıvan Baş Gömrük İdarəsinin Rəşmiləşdirmə mərkəzində xarici ticarət iştirakçıları və gömrük təmsilçiləri ilə “Malların son istifadə xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları” mövzusunda görüş keçirilib.

Görüşdə malların son istifadə xüsusi gömrük proseduru altında yerləşdirilməsinə icazənin verilməsi və ləğvi, hüquqların və öhdəliklərin digər şəxslərə ötürülməsi, bu prosedur altında yerləşdirilmiş mallar üzərində gömrük nəzarətinin aparılması ilə bağlı ətraflı məlumat verilib.

Sonda görüş iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Nəşr edilib : 19.02.2026 12:21