NAXÇIVAN :

09 Sentyabr 2026, Çərşənbə

Xətai küçəsində asfaltlanma işləri davam edir

...

Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyinin sifarişi əsasında şəhərin bəzi küçə və məhəllələrində rahat gediş-gəlişin təmin edilməsi məqsədilə təmir-bərpa işləri icra olunur.
“Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsin mətbuat xidmətindən "Şərq qapısı"na verilən məlumata görə, Naxçıvan şəhəri Xətai küçəsində uzunluğu 7,7 km olan avtomobil yolunda asfalt-beton örtüyünün döşənməsi işləri davam etdirilir. Yolun 4,5 km-ə yaxın hissəsi birinci qat asfalt örtüyü ilə təmin edilib və hazırda bu istiqamətdə işlər davam etdirilir.

Nəşr edilib : 09.09.2026 11:48