Son iki gündə cinayət törətməkdə şübhəli bilinən 7...
10:56 04.05.2026
0
0
0
NAXÇIVAN :
04 May 2026, Bazar ertəsi
Bu gün Azərbaycan vətəndaşı harada yaşamasından asılı olmayaraq, 20 sentyabr – Dövlət Suverenliyi Gününü böyük qürur və sevinc hissi ilə qeyd edir. Bu əlamətdar tarix yalnız bayram deyil, həm də Azərbaycan dövlətçiliyinin beynəlxalq hüquqa və ədalət prinsiplərinə əsaslanan mövqeyinin nümunəsidir. 44 günlük İkinci Qarabağ müharibəsində qazanılmış tarixi Zəfər ölkəmizin uğurlu gələcəyinə yol açan yeni nailiyyətlərə təkan verdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin də vurğuladığı kimi, tarixi təqvimimiz artıq həm kədərli, həm də əlamətdar günləri özündə birləşdirir – 8 Noyabr və 20 sentyabr. Bu Zəfər və bayramlar xalqımızın qəlbində əbədi yaşayacaq.
Xəzəngül Orucova bildirib ki, Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi təcavüz və işğal siyasəti BMT Nizamnaməsinin norma və prinsiplərinin kobud şəkildə pozulması ilə müşayiət olunub. Ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazilərinin, təxminən, 20 faizi 30 il ərzində işğal altında saxlanılıb, azərbaycanlılara qarşı etnik təmizləmə aparılıb, şəhər və kəndlərimiz viran edilib, təbii sərvətlər talan olunub, tarixi və mədəni irsimiz dağıdılıb, Xocalı soyqırımı törədilib. 30 illik danışıqlar nəticəsiz qaldı; 2018-ci ildə formalaşan Ermənistan hökuməti isə sülh yoluna ciddi yanaşmayıb, yalnız vaxt qazanmaq məqsədilə müzakirələri uzadıb.
Deputat qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 gün ərzində apardığı əməliyyatlar və döyüşçülərimizin qəhrəmanlığı dünya üçün nümunə oldu. Döyüş meydanında hər gün irəliləyərək düşməni məğlub edən əsgərlərimiz və zabitlərimiz misilsiz şücaət göstərdilər. Ermənistan silahlı qüvvələri Azərbaycan Ordusunun peşəkarlığını gördükcə təşvişə düşdü; müharibə zamanı orduda 12 min fərari qeydə alındı. Eyni zamanda Azərbaycan Silahlı Qüvvələrinin bir nəfəri də döyüş meydanını tərk etmədi. Şuşa Zəfəri düşməni kapitulyasiyaya məcbur etdi və 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli Bəyanat Azərbaycanın hərbi-siyasi qələbəsini rəsmiləşdirdi.
Xəzəngül Orucova əlavə edib ki, işğalçıya verilən dərs tarixi olsa da, son üç ildə Ermənistanın davam edən hərbi təxribatları Azərbaycanın güclü və operativ tədbirləri ilə cavabsız qalmadı. Cəmi 23 saat 43 dəqiqə davam edən əməliyyat nəticəsində qondarma rejim özünü buraxdığını açıqladı və Azərbaycan bütün ərazilərində suverenliyini tam şəkildə bərpa etdi. Dövlət hakimiyyəti və nəzarət funksiyaları bütün ərazilərdə bərpa olundu. Bu nailiyyət dövlət suverenliyimizin möhkəmlənməsində mühüm mərhələdir. Prezident İlham Əliyevin 2024-cü il 19 sentyabr tarixli Sərəncamı ilə 20 sentyabr hər il "Dövlət Suverenliyi Günü" kimi qeyd olunur. 2025-ci il isə Azərbaycan Konstitusiyasının 30 illiyi və Zəfərimizin 5 illiyi nəzərə alınaraq “Konstitusiya və Suverenlik İli” elan edilib. Artıq dövlət suverenliyimiz tamdır, ərazilərimiz bütöv, sərhədlərimiz toxunulmazdır.
Deputat vurğulayıb ki, hər bir xalq üçün öz tarixi və taleyini qorumaq, müstəqil dövlət qurmaq və inkişaf etdirmək nadir imkandır. Azərbaycan xalqı əsrlərboyu qarşılaşdığı çətinliklərə baxmayaraq, müstəqillik və dövlətçilik arzularını qoruyub saxlayıb. Tarixi Zəfər və tam suverenliyin bərpası fonunda Azərbaycan xalqı yenilməz, qürurlu və tarixini, torpaqlarını qoruyan bir xalq kimi bütün dünyaya tanınıb.
Xəzəngül Orucova bildirib ki, hər bayram keçmişin hesabatı və gələcəyə qoyulacaq hədəflərin təqdimatıdır. Tam suverenlik əldə etmiş Azərbaycan artıq yeni inkişaf dövrünə qədəm qoyub. Prezident İlham Əliyev vurğulayır ki, gələcəyə ümidlə baxmaq və düzgün hədəflər müəyyən etmək əsasdır. Bu hədəflər strateji və taktiki, qısa və uzunmüddətli olmalı, həqiqəti, ədaləti və xalqımızın real gücünü əks etdirməli, səsi dünyada eşidilməlidir.
Digər xəbərlər