Prezidentin nümayəndəsi: COP31-də elektrikləşmənin...
12:20 07.09.2026
0
0
0
COP konfransına ev sahibliyi etmək sadəcə təşkilati və ya loqistik məsələ deyil. Bu, özündə genişmiqyaslı diplomatik, təşkilati və siyasi fəaliyyətlər şəbəkəsini birləşdirən böyük bir məsuliyyətdir. Bu sahədə nisbətən yeni olan bir dövlət kimi, biz həmin öhdəliyi tam ciddiliklə qəbul etdik.
"Şərq qapısı" xəbər verir ki, bu sözləri “Bakı İqlim Fəaliyyəti Həftəsi 2026” (BCAW 2026) çərçivəsində keçirilən "Bakıdan COP31-ə: Parçalanmış dünyada dinamikanın saxlanılması" panel sessiyasında çıxışı zamanı Xarici İşlər Nazirliyinin İqlim diplomatiyası idarəsinin rəisi Elçin Allahverdiyev deyib.
E.Allahverdiyev bu uğurda ölkəmizin diplomatik fəaliyyətində topladığı zəngin təcrübənin mühüm rol oynadığını qeyd edib: "Azərbaycan beynəlxalq birliyin məsuliyyətli bir üzvü kimi üzərinə düşən tapşırıqları yüksək səviyyədə yerinə yetirdi. Xarici işlər nazirinin müavininin də qeyd etdiyi kimi, biz şəffaflığı fəaliyyət gündəliyimizin mərkəzinə qoyaraq öz İkiillik Şəffaflıq Hesabatımızı müəyyən olunmuş vaxtdan əvvəl təqdim etdik. Məhz bu təşəbbüs digər ölkələr üçün də stimul yaratdı və COP29 başa çatanadək təqdim olunan hesabatların sayı 100-ü keçdi. Nümunəvi addımımız tərəflər arasında etimadı möhkəmləndirdi və digər dövlətləri də öz hesabatlarını vaxtında təqdim etməyə sövq etdi".
Digər xəbərlər