Prezidentin Mətbuat Xidmətinin məlumatı
13:14 07.09.2026
0
0
0
“Bakı İqlim Fəaliyyəti Həftəsi 2026” bu il BMT-nin İqlim Həftəsi ilə paralel keçirilir. Bu, Bakıda keçirilən COP29-un əsas miraslarından biri olan qlobal iqlim gündəliyinin davam etdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
"Şərq qapısı" xəbər verir ki, bu barədə jurnalistlərə açıqlaması zamanı Azərbaycanın xarici işlər nazirinin müavini, COP29-un baş danışıqçısı Yalçın Rəfiyev deyib.
Onun sözlərinə görə, builki “Bakı İqlim Fəaliyyəti Həftəsi”ndə aparılan müzakirələr ümumi iqlim gündəliyinə və növbəti COP-un nəticələrinə təsir göstərən mühüm amillərdən biridir. COP29-dan sonra şəffaflıq hesabatlarının təqdim edilməsi istiqamətində görülən işlərə toxunan Y.Rəfiyev bildirib ki, Azərbaycan iki il əvvəl COP prosesinin tarixində ilk dəfə olaraq tərəflərin İkiillik Şəffaflıq Hesabatlarını təqdim etməsini təşviq edib.
“Bizim fəaliyyətimiz nəticəsində demək olar ki, bütün tərəflər növbəti İkiillik Şəffaflıq Hesabatlarını təqdim etdilər. Artıq növbəti ikiillik hesabatların təqdim olunmasının vaxtıdır. Türkiyə tərəfi də bu istiqamətdə fəaliyyət aparır”, – deyə Y.Rəfiyev vurğulayıb.
Y.Rəfiyev bildirib ki, platforma şəffaflıq hesabatlarının hazırlanmasında çətinlik çəkən dövlətlərə təlimlərin keçirilməsi yolu ilə dəstək göstərir: “Bu təşəbbüs ölkələrə hesabatlarını hazırlamaq və təqdim etmək üçün zəruri imkanların formalaşdırılmasına xidmət edir”.
Digər xəbərlər