NAXÇIVAN :

27 Iyun 2026, Şənbə

Yanvar-aprel ayları ərzində keçirilmiş elektron satınalmalar məbləğ üzrə 14 faiz artıb

...

2026-cı ilin yanvar-aprel ayları ərzində keçirilmiş elektron satınalmalar ötən ilin analoji dövrü ilə müqayisədə say üzrə 14,2 faiz, məbləğ üzrə isə 13,9 faiz artıb.

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyindən bildirilib ki, bəhs edilən dövr ərzində açılışı baş tutmuş müsabiqələr üzrə orta iştirakçı sayı 3,6 olub.

Rəqəmsallaşma satınalma proseslərini daha sürətli və nəzarət oluna bilən şəkildə həyata keçirməyə imkan verir, eyni zamanda xərclərin optimallaşdırılmasını təmin edərək resurslardan daha səmərəli istifadəni mümkün edir.

Nəşr edilib : 22.06.2026 16:34