Qazaxıstanda Qurultaya seçkilərin ilkin seçici fəa...
09:58 23.08.2026
0
0
0
Avqustun 23-nə keçən gecə Tokio ərazisində qeydə alınan 5,9 bal gücündə zəlzələ nəticəsində 20-dən çox insan xəsarət alıb.
"Şərq qapısı" xəbər verir ki, bu barədə ölkənin fövqəladə xidmətləri məlumat yayıb.
Təbii fəlakət zamanı Tokionun rayonlarından birində su boruları partlayıb və küçələri su basıb. Həmçinin bəzi binalarda liftlər avtomatik olaraq dayanıb, qatarların hərəkətində isə müvəqqəti fasilələr yaranıb (hazırda qatarlar yenidən qrafik üzrə işləyir). Səlahiyyətlilər bölgədəki nüvə obyektlərində heç bir fövqəladə halın qeydə alınmadığını bildiriblər.
Ölkənin Meteorologiya Agentliyinin məlumatına görə, zəlzələnin episentri İbaraki prefekturasında, 68 kilometr dərinlikdə yerləşib. Q
Qeyd edək ki, Tokio ərazisinə Yaponiya paytaxtı ilə yanaşı, təxminən 37 milyon əhalisi olan üç qonşu prefektura da daxildir.
Digər xəbərlər