NAXÇIVAN :

01 Avqust 2026, Şənbə

Yaponiyanın şimalında güclü zəlzələ baş verib

...

Yaponiyanın Hokkaydo adası sahillərində 5,8 bal gücündə zəlzələ qeydə alınıb.

"Şərq qapısı" xarici mediaya istinadən xəbər verir ki, bu barədə Yaponiya Meteorologiya Agentliyi məlumat yayıb.

Tələfat və ya dağıntı barədə məlumat verilməyib. Sunami təhlükəsi barədə də xəbərdarlıq edilməyib.

Son günlər Yaponiyada zəlzələ ocaqları xeyli aktivləşib. İyulun 28-də seysmoloqlar Yaponiyanın Kyuşu adasında 7,1 bal gücündə zəlzələ qeydə alıblar. Qısa müddət sonra isə adada 6,1 bal gücündə daha bir zəlzələ baş verib.

Nəşr edilib : 01.08.2026 09:45