Ağ evdə Trampla Zelenski arasında görüş keçirilir...
19:01 28.07.2026
0
0
0
NAXÇIVAN :
28 Iyul 2026, Çərşənbə axşamı
Yay düşərgəsinin ilk günü iştirakçılar üçün həm maarifləndirici, həm də əyləncəli proqramlarla yadda qalıb. Təlimlər, intellektual oyunlar, komanda tapşırıqları və müxtəlif interaktiv fəaliyyətlər şəhid övladlarının vaxtlarını səmərəli keçirməsinə, yeni dostluqlar qurmasına və biliklərini nümayiş etdirməsinə imkan yaradıb. Həmçinin yay düşərgəsində iştirak edən şəhid ailələri təşkil olunan proqramlardan məmnun qaldıqlarını bildiriblər.
Şəhid yoldaşı Aygül İbrahimova deyib ki, düşərgədə uşaqların həm maraqlı vaxt keçirməsi, həm də yeni biliklər qazanması üçün hər cür şərait yaradılıb. O bu cür layihələrin şəhid övladlarının sosiallaşmasına və özlərini daha rahat hiss etmələrinə böyük töhfə verdiyini qeyd edərək təşkilatçılara təşəkkürünü bildirib.
Şəhid övladı Mətanət İsgəndərova isə düşərgədə təşkil olunan təlimlərin, intellektual və komanda oyunlarının onda xoş təəssüratlar yaratdığını söyləyib. O bildirib ki, burada həm yeni dostlar qazanıb, həm də iştirak etdiyi oyun və fəaliyyətlərdən zövq alıb. Mətanətin sözlərinə görə, düşərgədə hər an maraqlı keçir və burada olmaq ona xüsusi sevinc bəxş edir.
Şəhid övladı Gülay İbrahimova isə düşərgə çərçivəsində keçirilən intellektual oyunda birinci yerə layiq görülüb. O, qazandığı uğurun sevincini bölüşərək belə tədbirlərin öz bilik və bacarıqlarını nümayiş etdirmək üçün gözəl fürsət olduğunu bildirib. Gülay qeyd edib ki, düşərgədə keçirdiyi vaxt onun üçün həm faydalı, həm də yaddaqalan olub.
Digər xəbərlər